“Palmali”yə ağır itki

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus “Palmali Holding”də uzun illər Baş mexanik vəzifəsində çalışan Seyid Mirtahir Tağıyev vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə holdinqin mətbuat katibi Fidan Quliyeva sosial şəbəkə hesabında paylaşım edib:

“Bu gün Palmali ailəsi olaraq uzun illər bizimlə çiyin-çiyinə çalışan, dəyərli dostumuz və Baş mexanikimiz Seyid Mirtahir Tağıyevi böyük kədərlə itirdik.

Qəflətən səhhətində yaranan ciddi problem səbəbindən o, təcili olaraq xəstəxanaya çatdırıldı. Həkimlər onun həyatını xilas etmək üçün son ana qədər mübarizə apardılar. Təəssüf ki, bütün səylərə baxmayaraq, əziz dostumuzu həyata qaytarmaq mümkün olmadı.

Bu ağır itki bizi dərindən sarsıtdı. Seyid Mirtahir təkcə peşəkar və məsuliyyətli əməkdaş deyil, həm də dürüstlüyü, səmimiyyəti və insanlığı ilə hər kəsin hörmətini qazanan gözəl bir insan idi. Onunla bağlı xatirələrimiz həmişə qəlbimizdə yaşayacaq.

Mərhumun ailəsinə, doğmalarına, yaxınlarına və bütün Palmali ailəsinə dərin hüznlə başsağlığı verir, Allahdan onlara səbir diləyirəm.

Seyid Mirtahir hər zaman xatirələrimizdə peşəsinə ürəklə bağlı, zəhmətkeş, fədakar və gözəl insan kimi yaşayacaq.

Allah Seyid Mirtahir Tağıyevə rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun”.

 

 

Gununsesi.info