“Brent” bahalaşdı

  • Müəllif: Firuzə
  • 22 İyul 2026 09:20

Dünya əmtəə bazarlarında neft qiymətləri yenidən yüksəlib.

Gununsesi.info xəbər verir ki, “NYMEX” birjasında “WTI” markalı neftin sentyabr fyuçersləri 1,04 ABŞ dolları və ya 1,23% bahalaşaraq bir barel üçün 85,38 ABŞ dollarına yüksəlib.

“ICE” birjasında isə Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 1,27 ABŞ dolları və ya 1,40% artaraq 92,28 ABŞ dolları təşkil edib.

Gununsesi.info