Jurnalist ədəb-ərkanı - RƏŞAD MƏCİD YAZIR

  • Müəllif: admin
  • 22 İyul 2026 09:38
Prezidentin köməkçisi Hikmət Hacıyevin Almaniyada mühacir-bloger Tural Sadıqlı ilə qısa dialoqu böyük rezonans doğurdu. Hikmət Hacıyevin Tural Sadıqlıya soyuqqanlı və kübarcasına dediyi “Vətənə xəyanət edən insanlara yazığım gəlir” sözləri sərt şillə effekti doğurdu.
Dialoqdan sonrakı açıqlamasında T.Sadıqlının “jurnalist ədəb-ərkanından” danışması, bu sözü bir neçə dəfə təkrarlaması onun dünyagörüşündə, mətbuata baxışında, fəaliyyətində kəskin dəyişikliyin işartısıdır.
Xaricdəki blogerlərin məhz ədəb-ərkan gözləməməsi, tərbiyəsiz və mədəniyyətsiz çıxışları Azərbaycan ictimaiyyətində kəskin reaksiya, hiddət doğurur. Bir çox insanlar söhbətlərində bu tərbiyəsizliyin qarşısının alınmamasından böyük narahatlıq keçirirlər. Adətən siyasi məsələlərdən uzaq duran Xalq yazıçısı Afaq Məsudun bu günlərdə yazdığı “Tarix heç nəyi unutmur” yazısı da məhz ədəb-ərkan qaydalarını aşan davranışlara etirazın bir nümunəsi idi.
Hörmətli Hikmət Hacıyevin qısa bir dialoqla blogeri ədəb-ərkan barədə düşünməyə vadar etməsi önəmli məsələdir. Buna görə Hikmət müəllimə təşəkkürümüzü bildirir, Milli Mətbuat Günündə ədəb-ərkanlı davranışın bütün jurnalist adına iddialı olanların fəaliyyətinə sirayət etməsini arzulayırıq.
Rəşad Məcid
Mətbuat Şurasının sədri