41 dərəcə isti gözlənilir

  • Müəllif: Orxan
  • 24 İyul 2026 12:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yaxın günlərdə ölkə ərazisində havanın temperaturunun 40-41 dərəcəyə yüksələcəyi ilə bağlı xəbərdarlıq verib.

Gununsesi.info xəbər verir ki, Xidmətin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova AZƏRTAC-a açıqlamasında temperaturun yüksəlməsinin səbəbini cənubdan ölkəmizə isti hava kütlələrinin daxil olması ilə əlaqələndirib.

“Ölkəmizə isti hava kütlələrinin daxil olması nəticəsində Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunun 35-40, Mərkəzi Aran və Naxçıvan Mutar Respublikasının bəzi yerlərində isə 41 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır”, – deyə G.Məmmədova qeyd edib.

Gununsesi.info