Ukrayna dronları Rusiyanın onlayn ticarət infrastrukturunu hədəfə alır

Ukrayna dronlarının Rusiyanın iri onlayn ticarət şirkətləri olan “Wildberries” və “Ozon”un anbarlarına qədər çatması ölkənin ticarət və logistika sahəsində yeni risklər yaradıb.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Beynəlxalq mənbələrin yaydığı məlumata görə, neft sənayesinə endirilən zərbələrdən sonra Ukraynanın diqqətini Rusiyanın sürətlə inkişaf edən onlayn ticarət və logistika infrastrukturuna yönəldə biləcəyi bildirilir.

Məlumata əsasən, iri anbar və paylama mərkəzlərinin hədəfə alınması sifarişlərin çatdırılmasında gecikmələrə, təchizat zəncirində pozuntulara və iqtisadi itkilərə səbəb ola bilər.

Hələlik hadisə ilə bağlı Rusiya və Ukrayna tərəflərinin rəsmi açıqlamaları açıqlanmayıb.

 

 

Günay

Gununsesi.info