BMT Baş katibi Suriyadadır - 17 ildə ilk səfər

  • Müəllif: Orxan
  • 25 İyul 2026 13:04

BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın paytaxtı Dəməşqə səfər edib.

Gununsesi.info SANA agentliyinə istinadən xəbər verir ki, Baş katib səfər çərçivəsində Suriya rəhbərliyi ilə Yaxın Şərqdə sabitliyin möhkəmləndirilməsi və ölkənin bərpası prosesinə dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Quterreş 2009-cu ildən bu yana Dəməşqə səfər edən ilk BMT Baş katibidir. Sonuncu dəfə beynəlxalq təşkilatın Baş katibi qismində Suriyaya Pan Gi Mun səfər etmişdi.

Gununsesi.info