Ağdamda daha bir yanğın qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, yanğın rayonun Papravənd kəndi ərazisində minalanmış açıq ərazidə başlayıb.
20 hektara yaxın ərazini əhatə edən yanğına FHN-nin Ağdam yanğınsöndürmə bölməsinin 2, Ağdərə rayonun 1 avtomobili və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, ötən gün rayonun Çıraqlı kəndində də yanğın baş verib. (Qafqazinfo.az)








