Tramp İrana qarşı zərbələri dayandırmaq əmri verdi

  • Müəllif: Firuzə
  • 25 İyul 2026 22:40

ABŞ Prezidenti Donald Tramp təxminən iki həftə davam edən gündəlik hücumlardan sonra Amerika hərbçilərinə İrana qarşı zərbələri dayandırmaq əmri verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Qərar, Oman rəsmilərinin Tehranda danışıqlar apardığı və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı mümkün razılaşma ilə bağlı “müəyyən irəliləyiş” əldə edildiyi bir vaxtda verilib.

Ağ Ev və Pentaqon məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Gununsesi.info