Fermada çobanın meyiti tapıldı

  • Müəllif: Orxan
  • 27 İyul 2026 13:37

Samuxda çoban işlədiyi fermada ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə iyulun 26-sı saat 21 radələrində baş verib.

Fermada çalışan Gəncə şəhər sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti Füzuli kəndindəki fermada aşkarlanıb.

Onun ölümü ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info