Bakıda güclü külək səbəbindən 5 nəfər təcili yardıma müraciət edib

  • Müəllif: Firuzə
  • 27 İyul 2026 19:08

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində daha bir nəfər xəsarət alıb.

Bu barədə Gununsesi.info-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, küləkli hava ilə bağlı baş vermiş hadisə nəticəsində 10.07.2021-ci il təvəllüdlü uşaq Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Aparılan müayinələr nəticəsində pasiyentə sağ əlin ikinci barmağının əzilmiş cırılmış yarası diaqnozu qoyulub. Xəstəyə rentgen müayinısi edilib, azeptik sarğı və qips langet qoyulub.

Pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Ona ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

Gununsesi.info