Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi bəzi xarici media subyektlərini, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı AzTV-ni “düşmən media qurumları” siyahısına daxil edib.
AzTV-nin “İrana düşmən media qurumu” kimi təqdim olunması Azərbaycanda geniş müzakirələrə səbəb olub.
Gununsesi.info xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edib ki, İranın rəsmi şəkildə AzTV – ni hədəfə alması qəbul edilməzdir.
“AzTV Azərbaycanın rəsmi dövlət kanalıdır. Açığını desək, AzTV heç ölkədə ən mülayim efir siyasətinə məxsus kanaldır. İllərdir ki, bu ölkənin Səhər TV kanalı Azərbaycana qarşı nifrət püskürür. Bu kanalın və ona yaxın olan qrupların ölkəmizə qarşı çirkin kampaniyasına istər Baku TV – də, istərsə də GünAz TV – də çalışarkən süjetlər hazırlayaraq şəxsən efirdən cavab vermişəm. Təəsüf ki, regionda baş verənlər İrandakı bəzi qruplar üçün dərs olmur. Yenə Azərbaycan, yenə türk düşmənçiliyi siyasəti davam edir. Dəhşətli müharibədən çıxmış və bu savaşda dövlət başçısı başda olmaqla bir çox rəsmi şəxsinin itirmiş bir dövlətin qonşu ölkənin rəsmi dövlət kanalını düşmən elan etməsi həmən dövlətin idarəetməsində məntiqin yoxluğundan xəbər verir. Çox təəsüf ki, faktiki İranın idarəsini ələ keçirmiş hərbi – ruhani rejim ölkəsini uçuruma sürükləyir”.
Şəbnəm












