Bəzən rast gəlmək olur ki, ictimai yerlərdə, məsələn, parklarda insanlar heyvanları yemləyir.
Bu, əlbəttə, kənardan olduqca gözəl görsənir.
Bəs bu məsələnin başqa tərəfi varmı?
Məsələn, bu davranış cərimə ilə nəticələnə bilərmi?
Bu barədəGununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, Azərbaycan qanunvericiliyində göyərçin yemləməyə görə ayrıca ümumi qadağa yoxdur. Ancaq heyvanların qidalandırılması nəticəsində sanitariya qaydaları pozularsa, ətraf mühit çirkləndirilərsə və ya ictimai asayişə problem yaradılarsa, inzibati məsuliyyət yarana bilər. Məsələn, parkın, abidənin və ya yaşayış məntəqəsinin ciddi şəkildə çirklənməsinə səbəb olan hərəkətlər müəyyən hallarda cərimə ilə nəticələnə bilər. Bir sıra ölkələrdə isə yerli qaydalarla belə qidalandırma birbaşa qadağan edilir”.
Elmar












