Azərbaycan bu Beynəlxalq Konvensiyaya qoşuldu

  • Müəllif: Orxan
  • 28 İyul 2026 13:58

Azərbaycan “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, Azərbaycan 2004-cü il fevralın 13-də Londonda imzalanmış “Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulub.

Gununsesi.info