Fransada meşə yanğınları mövsümünün başlanmasından bəri qəsdən yanğın törədilməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində 263 nəfər saxlanılıb.
Gununsesi.info xəbər verir ki bu barədə “Le Parisien” qəzeti Fransa hökumətinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bu il Avropada, xüsusilə Fransa və İspaniyada meşə yanğınları rekord həddə çatıb.
Avropa Komissiyası yanğınların söndürülməsi üçün Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində 13 təyyarə, 4 helikopter və yüzlərlə yanğınsöndürənin səfərbər edildiyini açıqlayıb.












