Hikmət Hacıyev və Ceyhun Bayramovun Almaniyada yaşayan Nardaran sakini ilə dialoqu - VİDEO

  • Müəllif: Firuzə
  • 29 İyul 2026 22:02

Azərbaycan Prezidentini Almaniyaya səfəri zamanı müşaiyyət edən xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi Hikmət Hacıyev bu ölkədə siyasi mühacir həyatı yaşayan Nardaran sakini Ələmdar Bünyadovla rastlaşıb.
Daha doğrusu azərbaycanlı məmurları küçədə təqib edən Bünyadov onlara ittiham xarakterli suallar ünvanlasa da, gözləmədiyi situasiya ilə üzləşib.

Belə ki, hər iki məmur təmkinlərini qoruyaraq, onun hər bir sualına cavab verib.

Qeyd edək ki, daha əvvəl Hikmət Hacıyevin Tural Sadıqlıya bu qəbildən olan cavabı uzun müddət sosial media gündəmi olmuşdu.

Gununsesi.info