Nazirliyin xidməti avtomobillərinin sayı artırıldı

Nazirlər Kabineti 18 iyul 2011-ci il tarixli “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidməti minik avtomobillərinin say həddi aparat üzrə 7-dən 8-ə çatdırılıb.

 

Gununsesi.info