15 yaşlı azərbaycanlı Rusiyada faciəli şəkildə öldü

  • Müəllif: Firuzə
  • 31 İyul 2026 23:20

15 yaşlı azərbaycanlı yeniyetmə Rusiyada bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Norilsk şəhərində baş verib.

Belə ki, əslən Zaqatalanın Əliabad qəsəbəsindən olan 15 yaşlı Emil Rauli oğlu Ramazanov yaşadığı ünvanda elektrik cərəyanı vurması səbəbindən həyatını itirib.

Gununsesi.info