“Brent” neftinin qiyməti qalxdı

  • Müəllif: Orxan
  • 01 Avqust 2026 09:58

ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin sentyabr müqaviləsinin dəyəri 1,21% artaraq 1 barelə görə 87.93 dolları təşkil edib.

Gununsesi.info-nun məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin avqust ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 1,29% artaraq 84.67 ABŞ dollarına bərabər olub.

Gununsesi.info