Təhsil eksperti, sabiq deputat Etibar Əliyev yazıçı Elçinin anım günü münasibətilə münasibət bildirib.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, Elçin yüksək intellekti ilə seçilən yazıçı olub və atası, Xalq yazıçısı İlyas Əfəndiyevin zəngin kitabxanası onun üçün əsl universitet rolunu oynayıb.
Etibar Əliyevin fikrincə, Elçinin intellektual potensialı cəmiyyətə tam şəkildə ötürülə bilməyib.
O qeyd edib ki, böyük yazıçı və şairlərin ədəbiyyat mühazirələri, məktubları, müsahibələri, esseləri və universitetlərdə keçirdikləri görüşlər hər zaman böyük maraq doğurur, onların gənclərlə görüşləri isə xüsusi hadisə kimi dəyərləndirilir.
Ekspert həmçinin vurğulayıb ki, kitab mağazalarında yerli yazıçıların əsərlərinə kifayət qədər rast gəlinmir.
Onun sözlərinə görə, tanınmış yazıçı və şairlərin doğum günlərinin qeyd olunması cəmiyyətdə kütləvi ənənəyə çevrilməlidir.
Müqayisə üçün Yunanıstan təcrübəsinə toxunan Etibar Əliyev bildirib ki, böyük yunan şairi Odiseas Elitisin doğum günündə onun “Ləyaqət” poemasına bəstələnmiş oratoriya bütün ölkə boyu səsləndirilir.
Elmar











