Tərtərdə 5 kiloqram narkotik aşkarlandı

  • Müəllif: Firuzə
  • 03 Avqust 2026 10:09

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlyas Əmirov saxlanılıb.

DİN-dən Gununsesi.info-ya verilən xəbərə görə, həmin şəxsdən 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb,
məhkəmənin qərarı ilə İ.Əmirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Gununsesi.info