Ağdərədə mina partlayışı: 2 nəfər xəsarət alıb

  • Müəllif: Firuzə
  • 03 Avqust 2026 11:23

İşğaldan azad edilmiş Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində 3 avqust tarixində mina hadisəsi baș verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir.

Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb.

Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb.

Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Gununsesi.info