Xətai rayonunda qaz yoxdur

  • Müəllif: Orxan
  • 03 Avqust 2026 13:44

Bu gün saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, bu, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədardır.

Qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.

Gununsesi.info