Ölkədə “card-to-card” əməliyyatlarına tətbiq edilən yeni məhdudiyyətlərlə bağlı iqtisadçı Natiq Cəfərli fikirlərini bölüşüb.
Gununsesi.info -nun xəbərinə görə, o bildirib ki, indiyədək vətəndaşlar vəsaitlərini bank kartlarında saxlayaraq rahat şəkildə kartdan-karta köçürmələr həyata keçirirdilər.
Cəfərlinin sözlərinə görə, istənilən məhdudlaşdırıcı qərarın alternativ nəticələri olur və belə addımlar gözlənilən effekti verməyə bilər.
İqtisadçı hesab edir ki, hökumət bu qərarla qeyri-leqal maliyyə əməliyyatlarının və vergidən yayınma hallarının qarşısını almağı hədəfləsə də, nəticə əksinə ola bilər.
Onun fikrincə, insanlar kartda pul saxlamaq əvəzinə vəsaitlərini bankomatlardan nağdlaşdıraraq nağd dövriyyəyə üstünlük verəcəklər.
Natiq Cəfərli vurğulayıb ki, vergi və digər iqtisadi problemləri məhdudiyyətlərlə həll etmək mümkün deyil.
O, fikrini belə ifadə edib: “Saça kəpək düşəndə başı kəsmirlər, səbəbini tapıb müalicə edirlər.”
Orxan












