Rusiya, Fransa, Böyük Britaniya və Almaniyadan olan keçmiş məmurlar iyulda Vyanada görüş keçiriblər.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Bloomberg” agentliyi yayıb.
Bildirilib ki, görüşün keçirilməsində məqsəd Rusiya-Ukrayna münaqişəsinin dinc yolla nizamlanması üçün sazişin mümkün şərtlərini müzakirə etmək olub.
Mənbənin sözlərinə görə, danışıqlarda Britaniyanın milli təhlükəsizlik üzrə sabiq müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və fransalı diplomat Pyer Vimon iştirak ediblər. Mənbə Rusiya tərəfini görüşdə kimin təmsil etdiyini açıqlamaqdan imtina edib.












