İnfantino FİFA-dakı böhranla əlaqədar təcili iclas çağırıb

  • Müəllif: Orxan
  • 05 Avqust 2026 14:08

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Mərakeşdə yüksək vəzifəli şəxslərin təcili iclasını çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

İclasın çağırılmasına səbəb,  turnir hüquqlarının satışı üçün yeni kommersiya strukturu yaratmaq təşəbbüsünün uğursuzluğundan sonra FİFA daxilində yaranan daxili böhran idi.

Qeyd edək ki, son günlərdə bir neçə milli assosiasiya İnfantinonun yenidən seçilməsini dəstəklədiklərini təsdiqləyən məktubları geri götürüb və ya geri götürməyi planlaşdırır.

Maqsud

Gununsesi.info