Ukrayna üçün təcili hava hücumundan müdafiə vasitələri axtarılır -Rütte

  • Müəllif: Firuzə
  • 06 Avqust 2026 09:13

NATO-nun baş katibi Mark Rütte Ukrayna üçün təcili hava hücumundan müdafiə vasitələrinin tapılması ilə bağlı alyans ölkələri ilə məsləhətləşmələr apardığını bildirib.

Gununsesi.info  xəbəər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Rütte bunu Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra açıqlayıb.

O qeyd edib ki, NATO ölkələri Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə vasitələrinin təmin olunması istiqamətində çalışırlar.

Gununsesi.info