Vətəndaş Azər Express kargo şirkətinin xidmətindən narazıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, sifariş etdiyi Temu bağlaması iki gündür “çatdırılmaq üçün yoldadır” statusunda göstərilsə də, sonradan sistemdə “çatdırıldı” qeyd edilib. Lakin vətəndaş iddia edir ki, bağlama nə ünvanına gətirilib, nə də ona təhvil verilib:
“Salam, şikayətim Azər Expressnən bağlıdı. 2 gündür Temu bağlamamı çatdırılmaq üçün çıxarıblar, bu gün də kargo çatıb yazıldı, lakin heç bir kargonu bizə vermədilər, heç ünvana belə gəlməyiblər. Qaynar xətt ilə əlaqə saxladıq, filiala getdik, onlar da ‘kuryer kimdi bilmirik’ deyirlər. Necə yəni kargo şirkətisiz və kuryerlə əlaqə saxlaya bilmirsiniz? Ancaq bəhanə etdilər ki, biz kuryeri tanımırıq, əlaqə saxlaya bilmirik. Bu necə olur? Bir kargo çatdırılması bu qədər çətin olmamalıdır. Məsuliyyətsizliyi hamısı bir-birinin üstünə atır, maraqlanan yoxdur. Sabaha qədər çatmasa, məhkəmə yolu ilə artıq müraciət olunacaq. Siz də bu kargo şirkəti ilə çalışsanız, ehtiyatlı olun. Kargoları götürüb yoxa çıxırlar”.
Afət












