Ukrayna Xarici İşlər Nazirliyi hava hücumundan müdafiə sistemləri üçün hər bir raket uğrunda mübarizə aparır.
Gununsesi.info xəbər verir ki, bu barədə Novosti.Live-a istinadən Ukrayna diplomatik xidmətinin rəhbəri Andrey Sibiha bildirib.
“Hər bir səfir raketlər, xüsusən də anti-ballistik raketlər əldə etmək üçün gündəlik olaraq çalışır”, – deyə o bildirib.
Sibiqa qeyd edib ki, Ukrayna xarici təchizatdan asılılığını azaltmaq üçün müxtəlif növ silahların istehsalını öz sərhədləri daxilində yerləşdirməyə çalışır.
Maqsud












