İsrail ordusu Livanın cənubunda “Hizbullah”a məxsus hərbi obyektlərə silsilə hava zərbələri endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Bildirilib ki, son 24 saat ərzində həyata keçirilən əməliyyatlar zamanı “Hizbullah”a məxsus silah anbarları, komanda məntəqələri və digər hərbi infrastruktur obyektləri hədəfə alınıb.
İsrail ordusunun açıqlamasına görə, zərbələr Livanın cənubundakı Məcdəl Zun bölgəsində partlayıcının işə düşməsi nəticəsində iki israilli hərbçinin həlak olması, daha dörd nəfərin isə yaralanmasına cavab olaraq həyata keçirilib.












