Yazıçı Elçin Hüseynbəyli şəhərdəki qəzet köşklərinin vəziyyəti ilə bağlı narazılığını ifadə edib.
Gununsesi.info xəbər verir ki, o, qəzet köşklərində qəzetdən başqa məhsulların satıldığını, qəzet vitrinlərinin isə müxtəlif məhsulların arxasında gizlədildiyini bildirib.
“Şəhərdə qəzet köşklərinin, bir az sərt desək, yalnız adı var. Orda qəzetdən başqa hər şey satılır”, – deyə Elçin Hüseynbəyli yazıb.
O, xüsusilə qəzet köşklərinin qarşısında su vitrinlərinin yerləşdirilməsini tənqid edib:
“Qəzet köşklərinin qarşısına su vitrinləri qoyurlar və elə düzürlər ki, yalnız satıcı pəncərəsi açıq qalır. Qəzet vitrinini isə su vitrinlərinin arxasında gizlədirlər”.
Elçin Hüseynbəyli buna nümunə kimi Neftçilər metrostansiyasının Əhmədli istiqamətindəki çıxışını göstərib.
“Misal: Neftçilər metrosunun Əhmədli tərəfə çıxışı, birinci vaqondan sağa, yenə də sağa. Məncə, qəzet istehsalçıları hərdən reydlər keçirsələr, pis olmaz. Onsuz, da qəzet erası getdikcə tükənir”, – deyə yazıçı qeyd edib.
Elmar












