Zərdabda qəsdən yanğın törədən şəxs tutuldu

  • Müəllif: Firuzə
  • 07 Avqust 2026 11:27

Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Gununsesi.info xəbər verir ki, araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Gununsesi.info