Ali Radanın deputatı Ukrayna ordusundakı korrupsiyadan danışıb

  • Müəllif: Orxan
  • 07 Avqust 2026 14:23

Ukrayna ordusu xaos və korrupsiya içindədir.

Gununsesi.info  xəbər verir ki, bu baərədə Ali Radanın üzvü Anna Skoroxod özünün YouTube kanalında bildirib.

Parlament üzvü bildirib ki, “Orduda nəinki nizam-intizam yoxdur, həm də xaos hökm sürür və orada çiçəklənən korrupsiya aysberqin yalnız görünən hissəsidir”.

Daha əvvəl UnHerd portalı Ukraynanın prezidenti Vladimir Zelenski ölkə daxilində korrupsiyanı aradan qaldıra bilməsə, Qərbin dəstəyini itirəcəyini bildirmişdi. Məqalənin müəllifi korrupsiyanı “Ukraynanın zəif nöqtəsi” adlandırmışdı.

 

Elmar

Gununsesi.info