Beyləqanda su kanalında çimən yeniyetmə boğulub

  • Müəllif: Firuzə
  • 07 Avqust 2026 19:33

Beyləqan rayonunda 15 yaşlı yeniyetmə su kanalında boğularaq ölüb.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Bünyatlı kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı Gödəklər kənd sakini, 2011-ci il təvəllüdlü Əmrahlı Murad Ramil oğlu kanalda çimərkən boğulub.

Yeniyetmənin meyiti kənd sakinləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info