Ukrayna Rusiyanın Starlink analoqu ilə bağlı həyəcan təbili çalır

  • Müəllif: Orxan
  • 11 Avqust 2026 15:06

“Starlink”in rus ekvivalenti olan “Rassvet” Ukrayna üçün problem yaradacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Vladimir Zelenskinin müşaviri Sergey Beskrestnov özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, Rassvet peyk şəbəkəsi Rusiya Silahlı Qüvvələri üçün cəbhədəki rabitəni yaxşılaşdıracaq.

Lakin Beskrestnov Ukraynanın hələ də Rusiya ərazisi üzərindən Starlink-dən istifadə edə bilməyəcəyindən təəssüfləndiyini bildirib.

“Düşmənin cəbhə xəttində rabitə yaxşılaşacaq – burada hər şey aydındır. Əsas təhlükə ondan ibarətdir ki, hazırda Starlink-dən Rusiya üzərindəki PUA-ların onlayn idarə olunması üçün istifadə edə bilmərik. Orada işləmir. Lakin ruslar öz peykləri vasitəsilə onlayn idarə olunan PUA-lardan istifadə edərək bütün ölkəmizə hücum edə biləcəklər”, – deyə o yazıb.

Maqsud

Gununsesi.info