Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiyaya qarşı təhdid planlarının olduğunu açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Putinin sözlərinə görə, NATO Asiya-Sakit Okean regionunda iştirakını tədricən genişləndirir və orada yeni silahların yerləşdirilməsi planları Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır.
Rusiya lideri əlavə edib ki, gərginlik təkcə Asiya-Sakit Okean regionunda deyil, həm də qonşu Arktika regionunda artır.
Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevisə bir müddət əvvəl Yaponiyanın qeyri-nüvə statusundan imtina etməsinin digər dövlətlərin əks tədbirlərinə səbəb olacağı barədə xəbərdarlıq edib. Nozdrev qeyd edib ki, Yaponiyanın qeyri-nüvə statusundan imtina etməsi, nüvə silahı olmayan dövlət kimi qoşulduğu Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə üzrə öhdəliklərinin birbaşa pozulması olardı.












