
Aktrisa Begüm Birgören və Sarp Leventoğlunun uzun illərdən sonra yenidən bir araya gəlməsi keçmiş sevgililərlə bağlı yeni dedi-qodunun yaranmasına səbəb olub.
Gununsesi.info-nun axsam.az istinadən verdiyi məlumata görə, ötən gün İstanbulun Bebek ərazisində görüntülənən Begüm Sarpla bağlı sualları cavablandırıb.
Aktrisa 5 il sevgili olduğu Leventoğlu haqda “Sarpla aramızda özəl bir şey yoxdur. Bir-birimizi sevirik. Çox yaxşı dostlarıq” sözlərini deyib.
Gununsesi.info











