Xocavənddə güclü yanğın başlayıb - FOTO

  • Müəllif: Firuzə
  • 13 Avqust 2026 22:18

Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb.

Gununsesi.info  APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb.

Dağ massivində, boş ərazidə başlayan yanğın küləyin təsiri ilə genişlənib. Alov ətraf ərazilərdən aydın şəkildə müşahidə olunur.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Xocavənddə güclü yanğın başlayıb - FOTO