Toy mərasimində bir sıra rayon və şəhər icra hakimiyyəti orqanlarının başçıları, Milli Məclisin üzvləri və ayrı-ayrı vəzifəli şəxslər də iştirak ediblər.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova da toyda iştirak edib.
Gununsesi.info xəbər verir ki, Hicran Hüseynova bu barədə sosial media səhifəsində paylaşım edib:
“Aprel döyüşlərində Lələtəpənin fəthi ilə dastan yazan, Vətən müharibəsində Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun gözünün nuru, bizə əmanət olan Əzizə qızımızın toy məclisində iştirak etdik.
Şükür Həmidov bütün xalqımızın qəlbində əbədi iz qoymuş Vətən oğludur. Şəhidlərimizin övladları, ailələri və bizə əmanət qoyduqları hər bir dəyər bütün Azərbaycan xalqının əzizidir. İnanırıq ki, Milli Qəhrəmanımızın ruhu da bu gün şaddır. Övladının xoşbəxtliyinə göylərdən baxaraq sevinir.
Şəhidlərimizin müqəddəs xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə, qazilərimizə və Vətən əmanətlərinə yüksək diqqət və qayğı göstərilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin və mənəvi dəyərlər sisteminin mühüm prioritetlərindəndir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və müharibə veteranlarına göstərdikləri xüsusi həssaslıq, hərtərəfli dövlət qayğısı və mənəvi dəstək xalqımız tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanır.
Yeni ailə quran gənclərimizə sonsuz xoşbəxtlik, möhkəm ailə təməli, ruzi-bərəkət və firavan həyat arzulayırıq.
Qurduğunuz ocaq bəxtəvər, yolunuz hər zaman açıq olsun!
Milli Qəhrəmanımız Şükür Həmidovun ruhu şad, məkanı cənnət olsun”.
Şəbnəm












