Pirəkəşkül və Müşfiqabad qəsəbələri istiqamətində fəaliyyət göstərən 114A nömrəli marşrut avtobuslarının işindən sakinlər narazıdır.
Gununsesi.info-ya müraciət edən sakinlərin sözlərinə görə, 114B nömrəli avtobuslarla bağlı problemlər uzun müddətdir davam edir.
Sakinlərdən biri bildirib ki, 114B marşrutu ilə bağlı AYNA-ya 60-70 dəfədən çox şikayət etsə də, bu istiqamətdə nəticə olmayıb:
“Uzun gözləmə aralıqları, sınıq oturacaqlar, saat 23:00-da belə işləməyən avtobuslar var. Halbuki avtobuslar gecə saat 00:00-a qədər işləməlidir.
Yolların pis vəziyyətdə olduğunu başa düşürəm. Yeni avtobusların verilməsi də bu yollar səbəbindən problem yarada bilər. Lakin heç olmasa sınıq oturacaqları təmir etmək və avtobuslar arasındakı gözləmə müddətini azaltmaq mümkündür. Bu isə edilmir”.

Şəbnəm












