Malayziyanın yeni səfiri Azərbaycandadır

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 11:23

Malayziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Aznifa Əbdül Qəni Bakıya gəlib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Malayziya səfirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Malayziya səfirliyi 2026-cı il avqustun 17-də rəsmi olaraq vəzifəsinin icrasına başlayan Malayziyanın Azərbaycan Respublikasındakı yeni səfiri Aznifa Əbdül Qənini səmimi qəlbdən salamlayır”, – məlumatda bildirilir.

Gununsesi.info