Bəzi ərazilərdə qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 19:29

Sabah Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 20 avqust 2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Qəbələ şəhərinin bir hissəsinin, həmçinin rayonun Vəndam, Tüntül, Yengicə və Nohurqışlaq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Gununsesi.info