Kolumbiyada zəlzələ qurbanlarının sayı 300-ü keçdi

  • Müəllif: Firuzə
  • 19 Avqust 2026 22:55

San-Xose-del-Palmarda (Kolumbiya) baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 312 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Kolumbiyanın Təbii Fəlakət Risklərinin İdarə Edilməsi Xidməti (UNGRD) məlumat yayıb.

Bundan başqa, 4 380 nəfər yaralanıb, 290 nəfər isə itkin düşmüş hesab olunur.

Ümumilikdə 15 departament və 470 bələdiyyədə 143 533 ailə və 294 503 nəfər zərər çəkib.

Bundan əlavə, 134 282 ev zədələnib, 29 680 bina dağılıb və 277-si çöküb, 421 yol, 97 akveduk, 56 avtomobil körpüsü, 13 piyada körpüsü zədələnib./Report

Gununsesi.info