Bərdədə 54 yaşlı kişi faciəli şəkildə öldü

  • Müəllif: Firuzə
  • 20 Avqust 2026 23:02

Bərdə rayonunda 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

Gununsesi.info  report-a istinadən xəbər verir ki, hadisə rayonun Mollalı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1972-ci il təvəllüdlü Mahir Həsənov fərdi təsərrüfatında mal-qaranı yemləyən zaman tövlədə olan sərinkeşin naqilindəki açıq hissəyə toxunub və onu elektrik cərəyanı vurub.

Nəticədə M. Həsənov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info