Yəməndə İranın dəstəklədiyi husi üsyançıları avqustun 20-də Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə dron zərbələri endirdiklərini açıqlayıblar.
Gununsesi.info xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Sari Telegram kanalında iki hərbi əməliyyat həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, zərbələrdən biri Nəcran hava limanındakı “həssas hədəfə”, digəri isə “Aramco” şirkətinin Nəcran bölgəsindəki obyektinə yönəlib. Sari hər iki hücumun uğurla həyata keçirildiyini iddia edib.
Səudiyyə Ərəbistanı rəsmiləri və dövlətə məxsus “Aramco” şirkəti hələlik hücumlarla bağlı hər hansı açıqlama verməyib. (Reuters)
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Səudiyyə Ərəbistanının husiləri “cilovlaya bilməyəcəyini” bildirib.
ABŞ husiləri terror təşkilatı kimi tanıyır.











