DİN: İtkin düşmüş 6 nəfər tapıldı

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 11:08

Azərbaycanda ötən gün itkin düşmüş kimi axtarışda olan altı nəfər tapılıb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Gununsesi.info