FTX general-mayoru Moskvada ölü tapıldı

  • Müəllif: Firuzə
  • 21 Avqust 2026 12:32

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) istefada olan general-mayoru İqor Laptev Moskvada intihar edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, 83 yaşlı Laptev yaşadığı mənzildə intihar edib.

Qeyd edək ki, İqor Laptev Əfqanıstan müharibəsində iştirak edib, daha sonra uzun müddət FTX-də informasiya təhlükəsizliyi sahəsində xidmət edib.

Gununsesi.info