BMT Yəməndə öldürülən uşaqların sayını açıqladı

  • Müəllif: admin
  • 27 Mart 2017 13:05

unnamed (7)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNİCEF) Yəməndə son 1 ildə ölən, yaralanan və ya vuruşmağa məcbur edilən uşaqların sayının artması barədə məlumat yayıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla da UNICEF Orta Şərqin ən kasıb ölkəsi olan Yəməndəki insanların vəziyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Belə ki, Yəməndə davam edən qarşıdurmalar nəticəsində təxminən yarım milyon uşaq qida çatışmazlığından əziyyət çəkidiyini, ölkə əhalisinin yüzdə 80 faizinin humanitar yardıma möhtac olduğunu, eləcə də döyüşməyə məcbur edilən uşaqların sayının hər ötən gün artdığını və qız uşaqlarının üçdə ikisinin 18 yaşına çatmadan evləndirilir.

Hazırda Yəməndə davam edən qarşıdurmalar nəticəsində öldürülən uşaqların sayı 1500, yaralananların sayı təxminən 2 min 450 və döyüşməyə məcbur edilənlərin sayı isə 1580-dir.

Qeyd edək ki, BMT tərəfindən yeni açıqlanan rəqəmlərə əsasən, əhalinin təxminən yarısı, yəni 15 milyon insan tibbi yardıma möhtacdır. 106 nəfər isə kəskin bağırsaq infeksiyaları səbəbindən həyatını itirib.

Qarşıdurmalar nəticəsində təxminən 1600 məktəb dağılıb. Nəticədə 2 milyon uşaq məktəbə getmir.

Anar
Gununsesi.info