Vətəndaş “166”nın xalça yuma xidmətindən narazılıq edir.
Gununsesi.info xəbər verir ki bu barədə o sosial şəbəkə hesabında paylaşıb:
Vətəndaş deyib ki, ipək xalçasını yumaq üçün verib. Lakin xalça yuyulduqdan sonra yararsız vəziyyətdə qaytarılıb.
Vətəndaş bildirir ki, xalçanı təhvil verərkən xüsusi olaraq ipək xalça olduğunu və düzgün yuyulmadığı halda zərər görə biləcəyini deyib.
“Həmçinin xalçanın kağız təlimatını da əməkdaşlara təqdim etdim. Buna baxmayaraq, təlimata baxılmayıb və əməkdaşlar ipək xalçanın necə yuyulmasını bildiklərini deyiblər.
Xalçanın yuyulmasından sonra onun keyfiyyəti və görünüşü ciddi şəkildə pozulub. Xidmətdən əvvəl “ipək xalçanı yuya bilmirsinizsə, aparmayın” deyə xəbərdarlıq etdim”.
Vətəndaş xalçanın əvvəlki vəziyyətinə salınmasını və dəymiş zərərin qarşılanmasını tələb edir.
Günay











