“Benzin kvotasının azaldılması artıq qətidir, bundan sonra kvotadan artıq benzin almaq istəyən şəxslər daha çox pul ödəməli olacaqlar”.
Gununsesi.info xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı-Mirzəyi bildirib.
PA rəhbəri hələlik yeni qiymətin müəyyən edilmədiyini bildirib.
“Şübhə yoxdur ki, benzin məsələsində müdaxilə etməliyik”, – o əlavə edib.
Hacı-Mirzəyi müharibə nəticəsində İranda benzin istehsalının azalmasına da toxunub: “Müharibə nəticəsində benzin istehsalı azalıbsa, o zaman istehlak da azaldılmalıdır”.









