Ötən həftə 6 nəfərin meyiti tapılıb

  • Müəllif: Firuzə
  • 24 Avqust 2026 11:56

Azərbaycanda ötən həftə ərzində 682 yanğına çıxış, 28 halda köməksiz vəziyyətdə qalma, 3 avtonəqliyyat qəzası və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 3-ü azyaşlı olmaqla 36 nəfər xilas edilib, yanğınlar zamanı 3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub. Bundan başqa, 3 nəfər xəsarət alıb, 6 nəfərin meyiti təhvil verilib.

Gununsesi.info